Hörmüzdə tanker vuruldu

Hörmüz boğazında Oman sahilləri yaxınlığında neft tankeri vurulub.

Referans Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, zərbə tankerin mühərrik bölməsinə dəyib və nəticədə gəmi idarəetməni itirib. Hadisə Omanın Lima limanından təxminən 20 kilometr şimal-şərqdə qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bölgədəki sahil mühafizə qüvvələri məlumatlandırılıb, insidentlə bağlı araşdırma aparılır./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki