Nəsimi rayonunun yeni icra başçısı Elxan İbrahimovun DOSYESİbackend

Nəsimi rayonunun yeni icra başçısı Elxan İbrahimovun DOSYESİ

  Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Referans.az Elxan İbrahimovun dosyesini təqdim edir:

Elxan İbrahimov 1982-ci ildə Bakı şəhərində anadan olub.

2003-cü ildə Azərbaycan Kooperasiya Universitetini maliyyə və kredit ixtisası üzrə bakalavr, 2005-ci ildə magistr üzrə bitirib, daha sonra Stokholm İqtisadiyyat Məktəbində təhsil alıb.

Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi başlayıb. Sonralar “Holiday Inn Baku Airport” otelində, “Baker Tilly” audit şirkətində,“Embawood” şirkətlər qrupunda və digər holdinqlərdə maliyyə sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.

2020-ci ilin aprel ayından Şamaxı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 fevral 2022-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İngilis və rus dillərini bilir. Evlidir, 3 övladı var.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki