İsrail Baş naziri Benyamin Netanyahu, sosial mediada yayılmış “öldü” xəbərlərinə cavab olaraq günlər sonra ortaya çıxıb. Netanyahu, aldığı qəhvəyi içərkən çəkilmiş videonu paylaşaraq əlini kameraya göstərdi və “altı barmaq” iddialarını təkzib edib.
Referans Media xəbər verir ki, son günlər sosial mediada Netanyahunun öldüyü iddia edildi və görüntülərdə əlində “altı barmaq” olduğu iddia edilib.
İsrail Baş nazirliyinin və bəzi jurnalistlərin paylaşımları qısa müddət sonra silinib. Netanyahu təhlükəsizlik iclasına qatılmadığı üçün fərziyyələr güclənib.
Netanyahudan cavab: Baş nazir rəsmi sosial hesabından paylaşdığı videoda canlı olduğunu sübut edib. Videoda əlini kameraya açıq şəkildə göstərərək “altı barmaq” iddialarını təkzib edib.
İranın açıqlaması: İran İnqilab Keşikçiləri Ordusu Netanyahuyu hədəf alan hücumlara qətiyyətlə davam edəcəklərini bildirdib. İran ordusu Tel-Əvivin sənaye bölgələri və ABŞ qüvvələrinin toplandığı obyektlərə 52-ci dalğa hücumlar həyata keçirdiyini açıqlayıb.























