Netanyahu Qəzzada sülhdən DANIŞDI: “Mümkündür, amma…”backend

Netanyahu Qəzzada sülhdən DANIŞDI: “Mümkündür, amma…”

  İsrailin baş naziri Benyamin Netanyahu atəşkəs və Qəzza zolağında girovların azad edilməsi ilə bağlı sazişin bağlanmasının mümkün olduğunu bildirib.

O, bunu ABŞ-ın müdafiə naziri Pit Heqsetlə görüşdən əvvəl “Fox Business”ə müsahibəsində deyib.

İsrail tərəfi ilə Fələstinin HƏMAS hərəkatı arasında keçən həftə Dohada dolayı danışıqlar formatı bərpa edilib.

İsrail öz qoşunlarını Qəzzanın cənubundakı Moraq dəhlizinə yerləşdirməkdə israr edir. HƏMAS isə İsrail qüvvələrinin anklavdan tamamilə çıxarılmasının tərəfdarıdır. İsrail şərq sərhədindən 6,5 km-ə qədər məsafədə mövcudluğunu saxlamaq niyyətində olduğunu açıqlasa da, HƏMAS bu şərti rədd edib. İsrail buna cavab olaraq qoşunların yerdəyişməsi ilə bağlı yeni təkliflər irəli sürüb, lakin yekun razılıq hələ əldə olunmayıb./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki