Nigeriyanın paytaxtı Abuja yaxınlığında baş verən dəhşətli qəzada 12 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
Referans Media xəbər verir ki, Nigeriya Milli Yol Təhlükəsizliyi İdarəsinin (FRSC) məlumatına görə, dünən yerli vaxtla saat 11:45 radələrində Abuja-Lokoja yolunun Gada Biyu ərazisində kömür yüklü bir yük maşını sürücünün nəzarəti itirməsi nəticəsində park halındakı 3 avtomobilə çırpılıb.
Qəza nəticəsində 12 nəfərin həyatını itirdiyi, 3 yaralının isə xəstəxanaya çatdırıldığı bildirilib. FRSC sürücünün yüksək sürət səbəbindən nəzarəti itirdiyini açıqlayıb.























