image-skandal-firat-nehri-cikisi-tevrat-a-dayaniyor-19599108_126_ampbackend

Nil-Fərat bölgəsində gərginlik: Lapid sərhədləri Tövrata əsaslandırdı

İsraildə əsas müxalifət partiyası “Gələcək Var”ın lideri Yair Lapid, ABŞ-ın İsrail səfiri Mayk Hakabenin Nil-Fərat bölgəsi ilə bağlı açıqlamalarına dəstək verərək bölgədə yeni qalmaqal yaradıb.

Referans Media xəbər verir ki, Lapid Nil çayından Fərat çayına qədər uzanan ərazinin sərhədlərinin “Tövrata əsaslandığını” iddia edib və İsrailin torpaqlarının İraq ərazisinə qədər genişlənməsinə açıq olduğunu bildirib.

Lapidin bu sözləri diplomatik dairələr tərəfindən “təkəbbürlü” hesab olunub və bölgə ölkələri ilə gərginliyi artıracağı barədə xəbərdarlıqlar edilib.

Qeyd edək ki, bu açıqlama ABŞ-ın Tel-Əviv səfiri Mayk Hakabenin Nil-Fərat bölgəsi ilə bağlı daha əvvəl səsləndirdiyi fikirlərə istinad edir. Mayk Hakabenin sözləri bir çox ölkə tərəfindən təhlükəli və təşviqedici hesab olunmuşdu.

Bölgədəki bu gərginlik diplomatik müzakirələrdə yeni qalmaqalların yaranma ehtimalını gündəmə gətirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki