Norovirus PANİKİ: Kruiz gəmisi karantinə alındı, 1 nəfər öldü

Hantavirusdan sonra indi də norovirus təhlükəsi dünyada narahatlıq yaradıb. Fransanın Bordo şəhərində lövbər salan kruiz gəmisində virus şübhəsi səbəbindən 1700-dən çox sərnişin və ekipaj karantinə alınıb.

Məlumata görə, gəmidə olan 90 yaşlı turist həyatını itirib. Bundan sonra təxminən 50 nəfərdə ürəkbulanma, qusma və mədə-bağırsaq problemləri müşahidə olunub. Hadisədən sonra səhiyyə qurumları təcili tədbirlər görərək gəmidə karantin rejimi tətbiq edib.

“Mədə qripi” kimi tanınan norovirusun xüsusilə qapalı və izdihamlı məkanlarda sürətlə yayıldığı bildirilir. Mütəxəssislər kruiz gəmilərini bu cür virusların yayılması üçün yüksək riskli məkan hesab edirlər.

Qeyd edək ki, virus əsasən çirkli su, qida və ümumi istifadə olunan səthlər vasitəsilə yayılır. Xəstəlik əksər hallarda bir neçə günə keçsə də, yaşlı və immun sistemi zəif olan insanlar üçün ciddi təhlükə yarada bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki