image-norvec-bombackend

Norveç paytaxtında ABŞ səfirliyinin yaxınlığında güclü partlayış baş verib

Gecə saatlarında Norveç paytaxtı Osloda güclü partlayış baş verib. ABŞ səfirliyinin yaxınlığında baş verən partlayış nəticəsində əraziyə tüstü yayılıb.

 

Referans Media  xəbər verir ki, Oslo polisi rəsmi açıqlamada partlayışın səbəbinin və ya kimin iştirak etdiyinin hələlik məlum olmadığını bildirib. Hüquq-mühafizə orqanları hazırda ABŞ səfirliyi ilə müzakirələr aparır.

 

Hadisə yerinə çoxlu sayda polis göndərilib və binanın üzərində bir vertolyotun da dövrə vurduğu görülüb.

 

Şahidlərin sözlərinə görə partlayış o qədər güclü olub ki, yaxınlıqdakı binaları silkələyib, səs Oslonun müxtəlif yerlərində eşidilib.

 

“Partlayış baş verəndə televizora baxırdım və bütün ev silkələndi”- deyə bir şahid bildirib.

 

Hüquq-mühafizə orqanları səfirlik binasından təxminən 700 metr aralıda yoxlama məntəqəsi də qurub.

 

Hüquq-mühafizə orqanlarının partlayışa dəqiq nəyin səbəb olduğu barədə ilkin ehtimalları var. Lakin, istintaq davam etdiyindən detallar açıqlanmır.

 

Polis həmçinin ərazidə başqa təhlükənin olmadığından əmin olmaq üçün axtarış aparıb. Cinayətkarların axtarışı davam edir. Axtarışda itlər, dronlar və helikopterlərdən istifadə olunur. Hadisə yerində polis bomba qrupu və məhkəmə ekspertləri işləyir və araşdırma aparırlar. Səfirliyin yerləşdiyi küçədə nəqliyyatın hərəkəti dayandırılıb./sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki