Adı açıqlanmayan Premyer Liqa futbolçusu zorlamada ittiham olunaraq həbs edilməli idi.
Referans xəbər verir ki, bu barədə “The Athletic” nəşri Böyük Britaniya hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadla məlumat yayıb.
Söhbət ötən il baş vermiş hadisədən gedir. Məlumata görə, məşhur futbolçu polis tərəfindən dindirilib, lakin azadlığa buraxılıb. Bildirilir ki, idmançı yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakı hərəkətlərdə ittiham oluna bilərdi.
“Həmin şəxsi dindirməyə çağırdılar, amma məncə, onu həbs etməli və sübutların axtarışı üçün əmlakında axtarış aparmalı idik. Xüsusən də zərərçəkənin dediyinə görə, hadisə videoya çəkilib. Bu edilmədi və biz fürsəti əldən verdik”, – deyə polis əməkdaşı bildirib.//Publika.az
