image-ofelyabackend

Ofeliya Şabanova canlı efirdə göz yaşlarına boğuldu – Ailəsi ilə bağlı etiraf gəldi

Müğənni Ofeliya Şabanova “Rəngarəng” verilişinin bu gün yayımlanan buraxılışında canlı efir vasitəsilə həm həyat yoldaşı Ceyhun bəydən, həm də onu sevən tamaşaçılardan üzr istəyib.

Referans xəbər verir ki, ifaçı verilişdə emosional çıxışı ilə yadda qalıb. Müğənni ötən gün yaşanan qalmaqallı hadisədən peşman olduğunu bildirib:

“Mən çox peşmanam ki, dünən sizə qulaq asmadım. Zaur nə qədər dedi ki, Ofeliya, çox keçmə, sonra peşman olacaqsan. Ceyhun elə insan deyil. Mənim yerimə hansı qadın olsaydı, özündən elə çıxa bilərdi. Amma çox peşmanam. Mən bura niyə gəlmişəm bilirsiniz? Mən həyat yoldaşımdan, halalımdan üzr istəyirəm. Bir az səbrsiz insanam, özümdən tez çıxıram. O reaksiyanı verməməliydim… Mən ailəmi dağıtmaq üçün ailə qurmamışam. Ömür boyu yoldaşımın yanında ölmək üçün durmuşam”, – deyə sənətçi göz yaşları içində danışıb.

Qeyd edək ki, “Rəngarəng”in dünənki buraxılışında aparıcı Zaur Nəbioğlu müğənninin həyat yoldaşı Ceyhun bəylə bağlı sosial şəbəkələrdə yayılan görüntüləri xatırlatmış, bu zaman Ofeliya Şabanova əsəblərinə hakim ola bilməyərək aparıcının telefonunu yerə çırparaq efiri ağlayaraq tərk etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki