Yer orbitindən qeydə alınan nadir kadrlarda gün batımı eyni anda Fransa və İtaliya üzərindən başlayaraq Şimali Afrika, Misir və Sudan istiqamətində müşahidə olunur.
Görüntülərin son hissəsində isə Nil çayının xətti aydın şəkildə izlənir — İsgəndəriyyədəki deltadan Xartuma qədər. Bu kadrlar Yer kürəsinin miqyasını və qitələrarası coğrafi bütövlüyü orbitdən baxış bucağında bir daha nümayiş etdirir.//musavat.com






















