Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq

Suriya ordusu bu gün yerli vaxtla saat 13:30-dan etibarən Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərinə qarşı əməliyyatlara başlayacaq.

Referans Media xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bakı vaxtı ilə 15:00-da başlayacaq əməliyyatlarda Hələbin Əşrəfiyyə, Şeyx Məqsud və Bəni Zeid məhəllələrində SDQ mövqelərinə zərbələr endiriləcək.

Bəyanatda, mülki şəxslər bütün SDQ mövqelərindən uzaq durmağa çağırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki