Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdləri var - DİM saylarını açıqladı

2025-ci ilin 9-cu siniflər üçün buraxılış imtahanlarının təhlili göstərir ki, oxuyub-yazmağı bacarmayan şagirdlər var.

Referans Media xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında dərc olunub.

Məlumata görə, imtahan verən 9-cu sinif şagirdlər arasında 6 nəfərin oxuyub-yazmağı bacarmadığı aşkarlanıb.

“Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Gəncə şəhəri, Balakən, Beyləqan, Ağsu, Zərdab və Suraxanı rayonlarının hərəsində 1 nəfər”, - məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki