ABŞ-nin Konnektikut ştatında, ABŞ prezidenti Donald Trampın keçmiş həyat yoldaşı ilə yaşadığı keçmiş malikanənin sökülməsinə qərar verilib.
Qrinviçdə yerləşən ev hazırda yeni sahibinə məxsusdur. Adı açıqlanmayan yeni sahib əmlakın genişmiqyaslı yenidənqurma işlərinə başlayıb.
Məlumatda deyilir ki, prezident Trampın İvana Trampla yaşadığı Qrinviç malikanəsinin buldozerlə sökülməsi planlaşdırılır. Sahədə tennis kortları, açıq hovuz, bir neçə köməkçi bina və yeni əsas evin tikintisi planlaşdırılır. Yeni evin dizaynı 2009-cu ildə Dallasdakı Corc Buş prezident mərkəzini layihələndirən eyni firma olan Robert AM Stern Architects tərəfindən həyata keçirilir.
Sözügedən malikanə 1992-ci ildə Donald Trmpdan boşanan sonra İvana Trampa verilib. Prezidentin keçmiş həyat yoldaşının ölümündən iki il sonra, 2024-cü ildə əmlak satılıb və onun yeni sahibi malikanə üçün 31,5 milyon dollar ödəyib./Musavat.com
