Yeni Partiyanın sədri Özgür Özelin başladığı ianə kampaniyasına ilk 24 saat ərzində böyük maraq göstərildiyi açıqlanıb. Partiya rəhbərliyinin məlumatına görə, kampaniyaya 31 min 934 nəfər qoşulub və ümumilikdə 113 milyon 841 min 910 lirə ianə toplanıb.
Referans Media xəbər verir ki, Özgür Özel sosial media hesabında başladığı kampaniya ilə bağlı bildirib ki, partiyanı xalqın qurduğunu və xalqın dəstəyi ilə böyüdəcəyini vurğulayıb.
Onun çağırışından sonra qısa müddət ərzində minlərlə vətəndaş kampaniyaya dəstək verib. Partiya rəhbərliyi ianələrin şəffaf şəkildə ictimaiyyətə açıqlanacağını bildirib.
Yeni Partiyanın İdarəçilik və Maliyyə İşləri üzrə sədr müavini Özgür Ceylan açıqlamasında ilk 24 saatın nəticələrini paylaşıb.
Özgür Ceylan bildirib: “Yeni Partimizin həmrəylik kampaniyasına ilk 24 saat ərzində 31 min 934 vətəndaşımız tərəfindən 113 milyon 841 min 910 lirə ianə edilib. Dəstək göstərən bütün vətəndaşlarımıza təşəkkür edirik. Edilən ianələrlə bağlı məlumatları şəffaf şəkildə xalqımızla paylaşmağa davam edəcəyik.”
Partiya rəsmisi həmçinin siyasi partiyalara 2026-cı ildə verilən xəzinə yardımlarının məbləğini də açıqlayıb.
Qeyd olunub ki, Yeni Partiya hazırkı vəziyyətdə siyasi partiyalara ayrılan dövlət xəzinə yardımından yararlanmaq hüququna malik deyil. Buna görə də partiya fəaliyyətini əsasən üzvlərin və tərəfdarların dəstəyi hesabına davam etdirməyi planlaşdırır.
