image-agadadas55backend

“Özümə qulaq asmaq mənə zülm verir” – Ağadadaş Ağayev

Xalq artisti Ağadadaş Ağayev mahnılarının başqaları tərəfindən oxunmasından danışıb. 

Müğənni bu haqda “Günə uğurla” verilişində söz açıb.

Sənətçi bildirib ki, öz ifalarını heç vaxt bəyənmir:

“Mənim mahnılarımı çox oxuyan var. Hər birinin öz çalarları olur. Mənim nəfəslərimlə oxumayacaqlar ki… Hərəsinin öz üslubu, rəngi var. Bir mahnını yazdırıram, qulaq asanda o qədər fikirləşirəm ki, gərək bunu başqa cür edərdim, burasını belə oxumazdım. Özümə qulaq asmaq mənə zülm verir. Xasiyyətim belədir. Başqaları oturur güzügünün qabağında oxuyur, özünə tərif yağdırır”.  (Axşam.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki