image-hindistan-pakistanbackend

Pakistan ELAN ETDİ: Hindistanla mayın 18-dək…

Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb.

Referans xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar məlumat verib.

Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib. O, ilk belə söhbətin mayın 10-da baş verdiyini qeyd edib.

“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, – deyə ölkənin baş nazirinin müavini Pakistan parlamentinin yuxarı palatasına bildirib.

Mayın 12-də “Geo” TV Pakistanın Hindistanın hərəkətlərinə cavab olaraq başlatdığı “Bunyan-un-Marsoos” əməliyyatını dayandırdığını bildirib./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki