Pakistan Ermənistanla bağlı tarixi addıma hazırlaşır

  “Pakistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq üçün imkan yaradılması müqabilində Ermənistanı BMT-nin üzvü kimi tanıya bilər”. 

Referans.az  xəbər verir ki, bu barədə BMT-dəki məlumatlı mənbə TASS-a bildirib.

Nəşr yazır ki, bu istiqamətdə müvafiq prosedurlar bir neçə həftədən bir neçə ayadək çəkə bilər:

 “Bu, gözlənilən bir məsələ idi. Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasından sonra baş verdi. İki ölkənin münasibətləri bu prosesə heç bir maneə yaratmayacaq”.

Qeyd edək ki, avqustun 31-də Ermənistan və Pakistanın xarici işlər nazirləri Çində diplomatik münasibətlərin qurulmasına dair kommunike imzalayıblar. Buna qədər iki ölkə arasında son 34 ildə heç bir siyasi təmas olmayıb. Avqustun 8-də  Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Pakistanın Azərbaycanla danışaraq Ermənistanla əlaqəyə keçdiyi bildirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki