Pakistan və Çin dünyaya çağırış etdi: Müharibə dərhal dayandırılsın!

Pakistan və Çin Yaxın Şərqdə gərginliyin artması fonunda müharibənin dayandırılması üçün birgə təşəbbüs irəli sürüb. İki ölkə bölgədə sülh və sabitliyin bərpası məqsədilə 5 maddədən ibarət ortaq plan açıqlayıb.

Referans Media xəbər verir ki, təşəbbüs ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan gərginlikdən sonra irəli sürülüb. Tərəflər bölgədə düşmənçiliyin dərhal dayandırılmasını və müharibənin daha geniş əraziyə yayılmasının qarşısının alınmasını istəyiblər.

Bildirilib ki, Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Pekində çinli həmkarı Vang Yi ilə görüş keçirib. Görüş zamanı tərəflər Yaxın Şərqdəki son vəziyyəti müzakirə edib və münaqişənin diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.

Tərəflər bildiriblər ki, bölgədə sabitliyin bərpası üçün aşağıdakı 5 əsas prinsip üzərində razılıq əldə olunub:

Düşmənçiliyin dərhal dayandırılmasıQısa müddətdə sülh danışıqlarına başlanmasıMülki əhalinin qorunmasıDəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyinin təmin olunmasıBirləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə riayət olunması

Birgə bəyanatda həmçinin İranın və digər Körfəz ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyi xüsusi vurğulanıb.

Tərəflər eyni zamanda strateji əhəmiyyətə malik Hörmüz boğazından mülki və ticarət gəmilərinin təhlükəsiz keçidinin təmin olunmasına çağırış edib və beynəlxalq hüquq çərçivəsində bölgədə uzunmüddətli sülh razılaşmasının əldə olunmasını dəstəklədiklərini bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki