image-pakistan-icisleri-bakani-chaudhry-pakistan-7-19592114_8469_ampbackend

Pakistanda bombalı hücum – Ölən və yaralananlar var

Pakistanın Pəncab əyalətində təhlükəsizlik qüvvələrinə məxsus nəzarət nöqtəsinə intihar hücumu həyata keçirilib.

Referans Media  xarici mediaya istinadən xəbər verir ki, intihar hücumunda 4 polis şəhid olub, 3 nəfər yaralanıb.

Rəsmi şəxslər nəzarət nöqtəsinə yaxınlaşan hücumçunun üzərindəki partlayıcıları partlatması nəticəsində hadisənin baş verdiyini açıqlayıblar.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılaraq müalicə altına alınıb, təhlükəsizlik qüvvələrinin hücumdan sonra ərazini mühafizə altına alaraq genişmiqyaslı axtarış əməliyyatı başlatdığı bildirilib.

 

Hücumun məsuliyyətini hələlik heç bir şəxs və ya qrup öz üzərinə götürməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki