image-papaabackend

Papa İrana hücumla bağlı çağırış etdi

Papa XIV Leo ABŞ və İsrailin İrana hücumlarından sonra mənəvi məsuliyyətə çağırıb.

Referans Media xəbər verir ki, bu barədə o, bazar günü Müqəddəs Pyotr Meydanında dindarlara müraciətində danışıb.

Papa xatırladıb ki, sabitlik və sülh silah və qarşılıqlı təhdidlərlə qurula bilməz.

“Yaxın Şərqdə, İranda baş verənlər son dərəcə narahatedicidir”, – deyə o bildirib.

XIV Leo bu cür hərəkətlərin dağıntılara və əzablara səbəb olduğunu qeyd edib və münaqişə tərəflərini səmimi və məsuliyyətli dialoqa səsləyib.

Papanın sözlərinə görə, bu, daha böyük bir faciənin qarşısını almaq üçün lazımdır./Globalinfo.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki