Parisdən sərt mesaj: Ukraynanın demilitarizasiyası ideyası rədd edildi

  Fransa Avropa işləri üzrə nazir-delegatı Benjamen Addad Ukraynanın hərbisizləşdirilməsi barədə təklifləri qəbulolunmaz sayıb.

Referans  xəbər verir ki, onun sözlərinə görə, əksinə, Kiyev ordusunun gücləndirilməsi Avropanın təhlükəsizliyi üçün əsas təminatlardan biridir.

“La Tribune Dimanche” qəzetinə müsahibəsində fransalı nazir vurğulayıb ki, hər hansı sülh sazişi Ukrayna üçün aydın və konkret təhlükəsizlik təminatlarını özündə ehtiva etməlidir.

Addad həmçinin qeyd edib ki, Ukraynanın zəiflədilməsi nə Avropa, nə də qlobal sabitlik üçün məqbul variant deyil./Musavat.com  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki