Anna Akopyan illik Qlobal Birinci Xanımlar Akademiyası (Global First Ladies Academy) tədbirində iştirak etmək üçün ABŞ-a səfər edəcək.
Referans Media xəbər verir ki, bununla bağlı Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 11-də qərar imzalayıb.
Paşinyanın qərarında Anna Akopyanın baş nazirin həyat yoldaşı kimi ABŞ-a səfər edəcəyi bildirilib. Məlumata görə, səfər 26 iyun - 4 iyul 2026-cı il tarixləri arasında planlaşdırılıb.
Tədbir Nyu Yorkda keçiriləcək.
Paşinyan öz ofisinə səfərlə bağlı xərclərin müəyyən edilmiş prosedurlara uyğun olaraq ödənilməsini təmin etməyi tapşırıb. Ayrılan məbləğin dəqiq miqdarı açıqlanmayıb.
Qeyd edək ki, bu ilin fevralın 17-də Anna Akopyan Baş nazir Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını elan etmişdi.
