Paşinyan ayrılıqdan sonra belə görüntüləndi – Video gündəm oldu

Nikol Paşinyan 30 illik münasibətinin başa çatmasından sonra sosial mediada etdiyi paylaşımlarla yenidən gündəmə gəlib. Ermənistan baş nazirinin son paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, Paşinyan sosial media hesabında avtomobil idarə edərkən çəkilmiş bir video paylaşıb. Görüntülərdə onun musiqi dinləyərək şəhər turu etdiyi və zaman-zaman musiqiyə qoşulduğu anlar əks olunub. Baş nazirin rahat və sərbəst davranışları istifadəçilərin diqqətini cəlb edib.

Video qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər Paşinyanın paylaşımını sadə və gündəlik həyat anı kimi qiymətləndirərkən, digərləri bunu siyasi mesaj kimi şərh edib.

Məlumata görə, Paşinyanın təxminən 30 il birlikdə olduğu tərəfdaşı ilə münasibətinin bitməsindən sonra onun sosial mediada aktivliyi xeyli artıb. Son dövrlərdə daha çox şəxsi və gündəlik həyatla bağlı paylaşımlar etməsi isə Ermənistanda ictimai müzakirələrə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki