Ermənistanın Baş naziri Nikol Paşinyan 3-4 mart tarixlərində Gürcüstana işgüzar səfər edəcək.
Referans Media xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Paşinyan səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşəcək.
Baş nazirlər Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak edəcəklər.
İclasın ardından Paşinyan və Kobaxidzenin mətbuata birgə açıqlaması gözlənilir.






















