Ermənistan Fransaya hərbi attaşe təyin edib.
Referans xəbər verir ki, bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan sərəncam imzalayıb.
Sərəncama əsasən bu vəzifəyə Artur Aznavuryan təyin edilib.
A.Aznavuryan avqustun 1-dən vəzifəyə başlayacaq və Fransa paytaxtında üç il fəaliyyət göstərəcək.
Daha əvvəl o, Ermənistanın İrandakı hərbi attaşesi olub./publika.az