Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Referans xəbər verir ki, Paşinyan avqustun 8-də ABŞ-da keçirilən üçtərəfli görüşün nəticələri ilə bağlı Pezeşkianı məlumatlandırıb.
Baş nazir İran prezidenti ilə söhbətində Ermənistan və Azərbaycan arasında imzalanmış bəyannamənin region üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Paşinyan bildirib ki, regional kommunikasiya kanalları ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək. Baş nazir Vaşinqton razılaşmalarını obyektiv qiymətləndirdiyinə görə İran prezidentinə təşəkkür edib və onun Ermənistan Respublikasına gözlənilən səfərinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi və ali rəhbərin müşaviri Zəngəzur dəhlizinin ABŞ-a 99 il müddətinə icarəyə verilməsinə görə İrəvana narahatlıqlarını bildirib, hətta tənqid ediblər. Məsud Pezeşkian isə bu Məsələdə İranın maraqlarının nəzərə alındığını, yerli mətbuatın məsələni şişirtdiyini söyləyib./Globalinfo.az