image-pasniyan-teyyarebackend

Paşinyan səfərə çıxdı: İki gün bu Avropa ölkəsində olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Polşaya iki günlük rəsmi səfərə yola düşüb.

Referans Media  xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən məlumat verilib.

Səfəri zamanı Paşinyan Polşanın Baş naziri Donald Tuskla görüşəcək. Hər iki hökumət başçısı həmçinin mediaya açıqlamalar verəcək.

Səfər çərçivəsində Ermənistanın Baş naziri Polşa Prezidenti Karol Navrotski və Seymin sədri Malqocato Kidava-Blonska ilə də görüşlər keçirəcək.

Paşinyan həmçinin Polşa Beynəlxalq Münasibətlər İnstitutuna baş çəkəcək və orada yerli beyin mərkəzlərinin nümayəndələri ilə görüşəcək./publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki