Paşinyana qarşı qarayaxmalar başladı: daşnakların “dördüncü respublika” hay-küyü 

Referans xəbər verir ki, Ermənistanda bəzi dairələr – xüsusilə kilisəyə və Rusiyaya bağlı qüvvələr – ölkənin normallaşmasını, Azərbaycan və Türkiyə ilə yaxınlaşmasını istəmirlər. Onlar sülh müqaviləsinin imzalanmasına qarşı çıxır və bunun baş tutmaması üçün əllərindən gələni edirlər.İrəvanda keçirilən yürüşdən sonra Daşnaksütyun Partiyasının nümayəndəsi İşxan Saqatelyan hökumətə qarşı sərt bəyanatla çıxış edib. O, baş nazir Nikol Paşinyanı “dördüncü respublika” modelini reallaşdırmağa cəhd göstərməkdə günahlandırıb və bunu “Türkiyə-Azərbaycan proqramının son mərhələsi” adlandırıb. Saqatelyan iddia edib ki, Paşinyan Qarabağı dağıtdıqdan sonra indi də “üçüncü respublikanı” məhv etməyə hazırlaşır.

Terrorçu təşkilatın təmsilçisi deyib ki, baş nazir Azərbaycanın tələb etdiyi konstitusiyanı qəbul etməyə, Ermənistanı keçmişindən və “erməni xalqının hüquqlarından” imtina etməyə məcbur etmək niyyətindədir. Onun sözlərinə görə, bu proqram yalnız Paşinyan yenidən seçilmədiyi halda və referendum yolu ilə konstitusiyanı dəyişmək cəhdi baş tutarsa, reallığa çevrilə bilər. Daşnak nümayəndəsi “ölkənin işıqlı gələcəyini” qorumaq üçün “NET” (YOX) cəbhəsinin yaradılmasına çağırış edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki