RT və “Rusiya Seqodnya” media qrupunun baş redaktoru Marqarita Simonyan Ermənistanın baş naziri Nikol Paşinyanı narkotikdən istifadə etməkdə ittiham edib.
Referans Media xəbər verir ki, Simonyan bu fikirləri “Rossiya 1” dövlət telekanalının efirində səsləndirib.
Çıxış edən Simonyan Paşinyanın davranışlarını tənqid edərək onun narkotik vasitələrdən istifadə etdiyini iddia edib.
O, çıxışı zamanı Ermənistan rəhbərliyinin siyasətinə qarşı da sərt fikirlər səsləndirib.//globalinfo.az
