“İran müharibənin çox kritik mərhələsinə daxil olub”.
Referans Media Teleqraf-a istinadən xəbər verir ki, bunu İranın keçmiş şahının oğlu Rza Pəhləvi deyib.
O, vətəndaşlara müraciətində zəruri ehtiyaclarını mümkün qədər tez təmin etməyi, təhlükəsizlik məqsədilə küçələri tərk edib evdə qalmağı tövsiyə edib.
Reza Pəhləvi həmçinin insanları tətilləri davam etdirməyə, iş yerlərinə getməməyə və birlik nümayiş etdirmək üçün gecə şüarlarını davam etdirməyə çağırıb.
“Bu, repressiv qüvvələrdən uzaqlaşmaq və xalqa qoşulmaq üçün son fürsətdir”, – o, hüquq-mühafizə orqanlarına müraciətində bildirib.
Pəhləvi sonda İran xalqından onun son çağırışını gözləmələrini istəyib.






















