image-pensiya-xanimlaqbackend

Pensiyalarla bağlı YENİLİK: ikiqat gəlir olacaq – Gələn ildən…

Azərbaycanda pensiya sistemi ilə bağlı mühüm yenilik gözlənilir. Belə ki, hazırlanan yeni qanun layihəsinə əsasən, ölkədə özəl pensiya fondlarının yaradılması planlaşdırılır. Bildirilir ki, bununla vətəndaşlar əlavə seçim imkanı əldə edəcəklər.

Özəl pensiya fondlarının yaradılması mövcud pensiya sisteminə hansı üstünlükləri gətirə bilər?

Referans xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, fondların uğurlu fəaliyyəti üçün iqtisadi şərtlər önəmlidir:

“Özəl pensiya fondları ilə bağlı proses böyük resurs və əmək tələb edir. Adətən bu cür fondlar investisiya fondlarının gəlirliliyi yüksək olan, investisiya bankçılığı inkişaf edən ölkələrdə effektiv olur. Pensiya fondları toplanan vəsaiti müxtəlif istiqamətlərə yönəldərək həm özünü təmin edir, həm də gələcək pensiya ödənişlərini qarşılaya bilir. Bu məsələdə bir çox suallar hələ də açıq qalır. Məsələn, vətəndaş hansısa bankın 10-12 faiz gəlirli depozitindən imtina edərək öz vəsaitini pensiya fonduna yatırmalıdır. Bəs yaradılacaq fond həmin vətəndaşa bank təklifindən daha yüksək gəlir qazandıra biləcəkmi? Bu sual hələ cavabsızdır”.

Deputat Vüqar Bayramov özəl pensiya fondları ilə bağlı məsələnin uzun müddətdir gündəmdə olduğunu xatırladıb:

“Bu sistem artıq inkişaf etmiş ölkələrin əksəriyyətində fəaliyyət göstərir. Belə fondlar vətəndaşların həm dövlət, həm də özəl pensiya fondlarında yığım edə bilməsi deməkdir. Beləliklə, insanlar müvafiq yaşa çatdıqda iki mənbədən pensiya almaq imkanına malik olurlar. Bu da onların pensiya məbləğlərinin artmasına gətirib çıxarır”.

Qeyd edək ki, Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki