Prezident Rəcəb Tayyib Ərdoğan “Beştepe Milli Konqres və Mədəniyyət Mərkəzi”ndə keçirilən “11-ci Tibb Konqresi və 2025 TÜSEB Əziz Səncər Elm, Xidmət və Təşviq Mükafatları Mərasimində” çıxış edib.
“Referans MEDİA” Türkiyə mediasına istinadən, Prezident Ərdoğanın açıqlamalarında diqqət çəkən məqamlar təqdim edir:
2025-ci il TÜSEB Əziz Sancar Elm, Xidmət və Təşviq Mükafatları Mərasimində sizlərlə birlikdə olmaqdan duyduğum məmnuniyyəti çatdırmaq istəyirəm. İştirakçılarımızı paytaxt Ankaraya xoş gəlmisiniz deyirəm. Ümid edirəm ki, nəticələr millətimiz üçün faydalı olacaq.
Təkcə Türkiyədə deyil, həmçinin dünyanın iftixar etdiyi Əziz Səncərə uzun və qiymətli bir ömür arzulayıram.
İnsanları xəstəliklərdən xilas etmək, onların əsas varlığını bəlaya salan xəstəliklərini yüngülləşdirmək məsələsi bəşər tarixi qədər qədimdir. Əslində, bütün qədim adət-ənənələrin, dinlərin və fəlsəfi cərəyanların son məqsədi insan həyatını qorumaqdır.
Təəccüblü deyil ki, “həkim” və “təbib” sözlərinin kökündə hikmət və ruh halı ilə yanaşı şəfa mənaları da var.
