PUA-lar Bakı səmasına qaldırılacaq – Müdafiə Nazirliyi XƏƏRDARLIQ YAYDI

Azərbaycan Ordusunun PUA-larla Bakı və Abşeronda təlim-məşq uçuşları həyata keçiriləcək.

Referans Media xəbər verir ki, bu barədə  Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək

“Səmada müşahidə ediləcək PUA aktivliyi ilə bağlı əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki