Rusiya prezidenti Vladimir Putin Dağıstanda baş verən daşqınların nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi məqsədilə hökumət komissiyasının yaradılması barədə əmr verib.
Referans Media xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Qeyd olunub ki, yeni yaradılacaq komissiyanın tərkibinə federal qurumların və regional hakimiyyət orqanlarının nümayəndələri, eləcə də prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi daxil olacaq.
Komissiyanın əsas vəzifəsi daşqınlardan zərər çəkmiş ərazilərdə operativ tədbirlərin görülməsi, humanitar yardımın təşkili və infrastrukturun bərpası işlərinin əlaqələndirilməsidir.//globalinfo.az























