Vladimir Putin Donbas sakinlərinin Rusiya Federasiyasına yenidən birləşmək qərarını taleyüklü və tarixi bir hadisə adlandırıb.
Referans Media xəbər verir ki, Rusiya prezidenti bu barədə Krımın Rusiyaya birləşməsinin ildönümündə danışıb.
“Bu seçim dəyişməz və sarsılmazdır. Bu seçim Vətənimizin taleyi ilə diktə olunur və mübaliğəsiz olaraq, min illik tarixində ən vacib, bəlkə də hətta müəyyənedici mərhələlərdən birinə, bütün çoxmillətli xalqımızın birliyinin, iradəsinin və həmrəyliyinin simvoluna çevrilib”, – deyə o, kabinet üzvləri ilə işgüzar görüşdə bildirib.
O qeyd edib ki, Krım əbədi olaraq Rusiya ərazisidir və Rusiyaya aiddir.
Putin əlavə edib ki, son 12 ildə Krım və Sevastopolun inkişafına təxminən 1,3 trilyon rubl ayrılıb. O, qeyd edib ki, yaxın zamanda bütün Donbas Rusiya ərazisinə çevriləcək.//globalinfo.az
