Putin iki yaxın adamını təqaüdə göndərir: Kreml yeni diplomat axtarırbackend

Putin iki yaxın adamını təqaüdə göndərir: Kreml yeni diplomat axtarır

  Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Prezidentin xarici siyasət üzrə müşaviri Yuri Uşakovun yaxın gələcəkdə siyasi səhnədən çəkilməsi gözlənilir. 

Referans xəbər verir ki, bu barədə rusiyalı jurnalist və siyasi analitik Mixail Zıqar məlumat yayıb. Onun sözlərinə görə, hər iki şəxs yetmiş yaşı keçib və uzun illərdir Vladimir Putinə yaxın şəxs kimi fəaliyyət göstərsələr də, artıq dəyişiklik vaxtıdır.

Zıqar qeyd edir ki, diplomatik uğurların azaldığı bir dövrdə Putin bu təcrübəli şəxsləri saxlayırdı, lakin ABŞ-la münasibətlərin normallaşdırılması perspektivi fonunda Kremlə yeni nəsil diplomatlar lazım ola bilər.

“Digər iki ehtimal təqaüdçü isə Lavrov və Uşakovdur. Hər ikisi yaşlıdır. Diplomatik uğur olmadığına görə təcrübəyə az ehtiyac duyulurdu. Amma bu dəyişir. ABŞ-la münasibətlərin yaxşılaşması gündəmə gəlib və bu, yeni diplomatik heyət tələb edir”.

Zıqarın iddiasına görə, Lavrovun yaxın gələcəkdə təqaüdə göndəriləcəyi artıq dəqiq hesab olunur./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki