Rusiyada Novuz bayramına milli status verilməsi gözlənilir.
Referans Media xəbər verir ki, Rusiya KİV-in məlumatına görə, Prezident Vladimir Putindən Novruz bayramına ümummilli status verilməsi istənilib.
“Poliloq” Millətlərarası Münasibətlərin İnkişafı Fondu Vladimir Putinə Novruza milli bayram statusu verilməsi təklifi ilə müraciət edib.
Qeyd edilib ki, bu, Rusiyadakı xalqların mədəni və dil müxtəlifliyinin qorunması üzrə dövlət siyasətinə uyğun addım olar.
