Putin Ukraynadakı müharibə ilə bağlı hədəfini açıqladı

Rusiya Ukraynada apardığı “xüsusi hərbi əməliyyat”ı sona çatdırmaqda israrlıdır.

Referans Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, ölkəsi qarşıya qoyulan bütün məqsədlərə çatmaqda qətiyyət göstərəcək.

“Bu işi şübhəsiz ki, məntiqi sonluğa çatdıracağıq. Xüsusi hərbi əməliyyatın qarşısına qoyulan hədəflərə tam nail olacağıq”, – deyə Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının iclasında vurğulayıb.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki