Putin və Tramp Macarıstana birlikdə gedəcək?

  Rusiya Prezidenti Vladimir Putin Budapeştə amerikalı həmkarı Trampla eyni təyyarədə gedə bilər.

Referans xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin “Telegram” kanalında bildirib.

“…Putinin onun qarşısını almaq cəhdi ehtimalı yüksək olan ölkələrin hava məkanına daxil olmadan Rusiyadan Macarıstana keçə biləcəyi heç bir marşrut yoxdur”, – o yazıb.

Onun sözlərinə görə, bu səbəbdən Rusiya liderinin Budapeştə təhlükəsiz çatması üçün yalnız iki variant var: “suborbital uçuş” və ya Trampla birgə uçuş.

Bununla yanaşı, deputat vurğulayıb ki, Macarıstan hakimiyyətinin Putin haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl etməsi riski hələ də qalmaqdadır.

Xatırladaq ki, oktyabrın 16-da Vladimir Putin və Donald Tramp arasında növbəti telefon danışığı olub. İki lider növbəti iki həftə ərzində Macarıstanın paytaxtında baş tuta biləcək görüş barədə razılığa gəliblər. Macarıstanda səfərə hazırlıqla bağlı təşkilat komitəsi yaradılıb../Publika.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki