image-qal65backend

“Qalatasaray”ın sabiq vitse-prezidenti həbs edildi

Türkiyə futbolunda mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan “Qalatasaray”ın sabiq vitse-prezidenti Erdən Timur həbs edilib.

Referans Media  xəbər verir ki, keçmiş futbol funksioneri cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulmasında ittiham olunur.
E.Timurdan başqa, “Eyüpspor”un vitse-prezidenti Fatih Kulaksız da daxil olmaqla, daha 18 nəfər barəsində həbs qərarı verilib. Əldə edilən sübutlar şübhəli şəxslərin qeyri-qanuni mərc fəaliyyətlərində iştirak etdiklərini göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki