“Qalatasaray” Ceydon Sanço ilə maraqlanır
Referans.az xəbər verir ki, 25 yaşlı vingerin transfer qiyməti problem olmayacaq, lakin onun “Mançester Yunayted”də qazandığı məvacibi onu istəyən klublar üçün əngəldir.
Bu barədə “GiveMeSport” portalı məlumat yayıb.
Sanço 2024/25 mövsümünü icarə əsasında “Çelsi”də keçirib. Lakin “zadəganlar” onu birdəfəlik transfer etmək istəməyib. Tərəflər maaş barəsində razılığa gələ bilməyib.
O, yenidən “qırmızı şeytanlar”a qayıdacaq, amma onun klubda qalmaq ehtimalı yoxdur