Ramil Şeydayevin «Qarabağ»a dönməsini dünən xəbər vermişdik.
Dünən “Neftçi”nin qarşılıqlı razılıq əsasında yolları ayırdığı hücumçu 2 illik aradan sonra “köhlən atlar”a qayıdıb.
Onun köhnə-yeni klubu ilə imzaladığı müqavilənin müddəti də artıq məlumdur – «Zenit»in yetirməsi qarşıdakı iki mövsümdə Ağdam təmsilçisinin formasını geyinəcək.
29 yaşl forvard 2017-18 və 2021-23-cü illərdə “Qarabağ”ın şərəfini qoruyub.
Şeydayev peşəkar karyerası ərzində “Zenit” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Jilina” (Slovakiya), “Krılya Sovetov” (Rusiya), “Dinamo” (Moskva, Rusiya), “Buriram Yunayted”də (Tayland) də çıxış edib.
