Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsi Şuşaya köçürüləcək

Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsi Şuşaya köçürüləcək.

Referans Media xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir: "Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar".

A.Kərimov məlumat verib ki, həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki