Hindistan-Pakistan gərginliyi pik həddə çatıb. Bir terror hadisəsindən başalayan bir gərginlik günü-gündən alovlanmaqda davam edir.
Referans xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə deyib .
Onun sözlərinə görə, gərginlik halında olan ölkələrdən biri, yəni Pakistan Azərbaycana qardaş ölkədir:
“Bu gərginlik Azərbaycanda böyük narahatlıq doğurur. Pakistan Azərbaycana dost, qardaş ölkədir. Hindistan terrorun nəticəsini, necə baş verdiyini bilmədən, aydınlaşdırmadan Pakistana qarşı sərt addımlar atır. Pakistana göndərilən suyun kəsilməsi böyük məsələdir. Azərbaycan bütün çətinliklərdə Pakistanın yanındadır, dəstək verməyə hazırdır”.