image-69ed926edf03e38a9f9ac290backend

Qarışqları öldürmədən onları evdən uzaqlaşdırmaq üsulları

Evlərdə tez-tez rast gəlinən problemlərdən biri qarışqalardır. Kiçik ölçülü olsalar da, sürətlə yayıldıqları üçün narahatlıq yaradırlar. Mütəxəssislərin fikrincə, kimyəvi vasitələrə müraciət etmədən əvvəl bəzi təbii üsullarla bu problemin qarşısını almaq mümkündür.

Referans Media  həmin təbii üsulları təqdim edir.

Qarışqalar hərəkət zamanı feromon izlərindən istifadə etdikləri üçün sirkə və limon suyu bu izləri aradan qaldıra bilər. Bu məhlulların qarışqaların keçdiyi yerlərə tətbiqi onların istiqamətini itirməsinə səbəb olur.

Darçın və mixək kimi ədviyyatlar da qarışqaların uzaq durduğu vasitələr hesab olunur. Bu maddələrin qapı və pəncərə ətrafına səpilməsi onların evə daxil olmasının qarşısını ala bilər.

Nanə yağı da təsirli təbii üsullardan biri sayılır. Qapı tutacaqları və keçid nöqtələrinə bir neçə damcı nanə yağı tətbiq etmək qarışqaları uzaqlaşdırır.

Bəzi hallarda duz və soda da istifadə olunur. Qarışqaların hərəkət etdiyi yerlərə səpilən bu maddələr onların yayılmasını məhdudlaşdıra bilər.

Mütəxəssislər bildirir ki, bu üsullar qarışqaları məhv etməkdən çox, onların evə daxil olmasının qarşısını almağa yönəlib. Qida qalıqlarının açıq saxlanılmaması və ev təmizliyinə riayət olunması da vacib amillərdən biridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki