Qazaxıstan hakimiyyəti yəqin ki, “Rosatom”a ölkənin ilk Atom Elektrik Stansiyasını (AES) ya kreditlə, ya da “tik və işlət” formatında tikməyi təklif edəcək.
Referans xəbər verir ki, bu barədə “Lenta.ru”-ya qazaxıstanlı ekspert və politoloq Roman Yuneman məlumat verib.
İyunun ortalarında məlum olub ki, Qazaxıstan hökuməti tərəfindən çağırılan tender komissiyası ilk atom elektrik stansiyasının (AES) tikintisi üzrə beynəlxalq konsorsiumun lideri kimi “Rosatom”u seçib. Korporasiyanın təklifi digər şirkətlər, o cümlədən Çin və Fransa şirkətləri ilə müqayisədə “ən optimal və iqtisadi cəhətdən sərfəli” kimi tanınıb.
“İkinci halda, “Rosatom” son nəticədə stansiyanı idarə edəcək və bütün məbləğ ödənilənə qədər Qazaxıstana elektrik enerjisini razılaşdırılmış tariflə satacaq. Bu, onilliklər çəkəcək”, – Yuneman bildirib.
O, izah edib ki, hazırda tərəflər layihənin maliyyələşdirilməsi məsələsini ətraflı şəkildə araşdırmağa çalışırlar, lakin konkret parametrlər hələlik açıqlanmayıb.
“İstənilən halda, bu, Rusiya pulu ilə maliyyələşdirilən tikinti layihəsidir. Kreditin qaytarılması uzun müddət tələb edir və faiz dərəcəsi aşağı olacaq. Çinlilər belə şərtlər təklif etsəydilər, onlar konsorsiuma başçılıq edərdilər. Lakin Rusiya növbəti dəfə müttəfiqinə qarşı dostcasına addım atdı (kreditlə AES tikməyə razılıq verdi). Qazaxıstan hökuməti və xalqı bunu qiymətləndirməlidir”, – ruspərəst politoloq yekunlaşıdırıb.
Bundan əvvəl məlum olub ki, Qazaxıstan hakimiyyəti Almatı vilayətində yerləşən Ulken qəsəbəsini ölkənin ilk atom elektrik stansiyasının tikintisi üçün ərazi kimi təsdiqləyib. Sovet dövründə orada böyük meqatikinti layihəsinə start verildi və Rusiyadan minlərlə işçi ora köçürüldü, lakin yenidənqurma nəticəsində qəsəbə tez bir zamanda “kabus şəhərciyinə” çevrildi.
//publika.az