Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlıq müzakirə edildi

  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında aparılan danışıqlarda ticarət, nəqliyyat və logistika, enerji, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi sahələrində əməkdaşlığın gücləndirilməsi, həmçinin mədəni-humanitar əlaqələrin inkişafı müzakirə edilib.

Referans.az xəbər verir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları Daşkənddə regional və beynəlxalq gündəliyin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.

“Prezident Kasım-Jomart Tokayev Daşkəndə dövlət səfərinə dəvətə, habelə səmimi qəbula və ənənəvi qonaqpərvərliyə görə Şavkat Mirziyoyevə təşəkkürünü bildirib”, – məlumatda bildirilib./Teleqraf  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki