ABŞ və İran arasında aparılan danışıqlarda İrana məxsus 24 milyard dollar həcmində dondurulmuş aktivlərin sərbəst buraxılması məsələsi müzakirə olunub.
Referans Media bildirir ki, bu barədə Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Majed bin Mohammed al-Ansari məlumat verib.
O bildirib ki, dondurulmuş İran aktivlərinin taleyi ilə bağlı yayılan ziddiyyətli xəbərlərə baxmayaraq, məsələ ABŞ və İran arasında hazırlanmaqda olan anlaşma memorandumunun əsas mövzularından biri olub.
“Bütün bu məsələlərin anlaşma memorandumu çərçivəsində müzakirə edildiyini təsdiq edə bilərəm. Lakin sənəd bütün tərəflər tərəfindən imzalanıb təsdiqlənənə qədər onun detalları barədə məlumat verə bilmərəm. İmzalanmadan sonra sənədin mətni jurnalistlərə təqdim olunacaq”, – deyə Əl-Ənsari brifinq zamanı bildirib.
