image-dron_puabackend

Qətərin enerji infrastrukturu vuruldu

Qətər Müdafiə Nazirliyi ölkənin enerji infrastrukturuna iki pilotsuz uçuş aparatı ilə hücum edildiyini açıqlayıb.

Referans Media xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, dronlardan biri Mesaid şəhərində yerləşən elektrik stansiyasına məxsus su çənini, digəri isə Ras Laffan Sənaye Şəhərində yerləşən enerji obyektini hədəfə alıb.

 

Bildirilib ki, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.

Açıqlamada qeyd olunub ki, Ras Laffan Sənaye Şəhərində yerləşən obyekt “QatarEnergy” şirkətinə məxsusdur.

Nazirlik əlavə edib ki, hücum nəticəsində dəyən zərər və itkilər hazırda müvafiq qurumlar tərəfindən qiymətləndirilir və araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki